Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş “Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Kimya fakültəsinin dekanı Fuad Kərimli bildirib ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür: “1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Qanunu təsdiqləyib və mayın 28-i “Müstəqillik Günü” elan edilib. Müstəqil və qalib Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində biz Böyük Zəfər qazandıq, torpaqlarımız işğaldan azad edildi.
BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının (Humanitar fakültələr üzrə) dosenti Boran Əzizin “Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri” mövzusunda məruzəsi dinlənilib.
Sonra “Müstəqillik Günü”nə həsr olunan videoçarx nümayiş edilib.
Tehsil-press.az