Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda tədbir keçirilib.
Hibrid formatda təşkil edilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Tədbirdə ATMU-nun rektoru İlham Mədətov diqqətə çatdırıb ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə, daxili çəkişmələr, beynəlxalq təminatın olması səbəblərindən cəmi 23 ay yaşadı. İkinci tarixi şans isə 70 il sonra yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Azərbaycanın müstəqilliyi dünya dövlətləri tərəfindən tanındı.
Rektor Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının 2021-ci il 15 oktyabr tarixli Qanununa əsasən mayın 28-nin ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunduğunu söyləyib.
“Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Regionda irimiqyaslı layihələr Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir”,- deyə İlham Mədətov çıxışını yekunlaşdırıb.
Tədbirdə professor Məhərrəm Zülfüqarlı, universitetin Dillər kafedrasının dosenti Ağaverdi Xəlilov, ATMU-nun Tələbə Gənclər Təşkilatının sədri Rəşid Məmmədovun mövzu ilə bağlı məruzə və çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda ATMU-nun sosial iş ixtisasının birinci kurs tələbəsi Vüsal Nəsirli Məmməd Arazın “Səninləyəm” şeirini səsləndirib.
Tehsil-press.az