Səudiyyəli ilk qadın astronavt kosmik stansiyaya çatdı

Səudiyyəli ilk qadın astronavt kosmik stansiyaya çatdı Səudiyyə Ərəbistanı əsilli ilk qadın astronavt Rayyanah Barnawi “SpaceX” tərəfindən buraxılan raketlə Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatıb.
Qadın astronavtın daxil olduğu ekipajın 8 gün orada qalacağı öyrənilib.
“Falcon-9” raketi ilə buraxılan Dragon kapsulunda Barnawidən başqa, Səudiyyə Ərəbistanı qırıcı pilotu Səudiyyə Əli əl-Karni, keçmiş NASA astronavtı Peggy Whitson və iş adamı Con Şofner də yer alıb.
"Kosmosdan salam. Dünyanı bu kapsuldan izləmək çox gözəl hissdir. Gələcək çox böyükdür. Mən istəyirəm ki, siz parlaq və böyük xəyallar qurasınız, özünüzə və insanlığa inanın", - deyə Barnawi kosmosdan insanlara səslənib.

Tehsil-press.az



Oxşar xəbərlər