Mayın əvvəlində Səudiyyə Ərəbistanı ilk astronavtlarını Beynəlxalq Kosmik Stansiyaya göndərəcək. Pilot və elmi tədqiqatçı Rayyana Bərnavi isə kosmosa uçacaq ilk ərəb qadın olacaq.
Səudiyyə Ərəbistanının ilk milli astronavt proqramının üzvləri olan Əli əl-Qarni və Rayyana Bərnavi ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən kosmik fəzaya göndəriləcək dörd nəfərlik “Axiom-2” missiyasına daxil ediliblər. Bu, Səudiyyə Ərəbistanının 1985-ci ildə ilk ərəb astronavtı - şahzadə Sultan bin Salmanı kosmosa göndərməsindən təxminən 40 il sonraya təsadüf edir. Səudiyyə Ərəbistanı astronavtları “Axiom Space” missiyasının Beynəlxalq Kosmik Stansiyaya ikinci tam özəl astronavt qrupuna qoşulacaqlar.
İndiyədək Beynəlxalq Kosmik Stansiyaya 20 ölkədən 263 nəfər uçub. Sayca 21-ci ölkə olacaq Səudiyyə Ərəbistanı, həmçinin orbital laboratoriyada eyni vaxtda iki milli astronavt işləyən altıncı ölkə olacaq.
Səudiyyə Ərəbistanının ilk qadın astronavtı Rayyana Bərnavi “Axiom-2 missiyasında” mütəxəssis kimi xidmət edir. O, həmçinin döş xərçəngi və xərçəng kök hüceyrə tədqiqatında doqquzillik təcrübəyə malik tədqiqat laboratoriyası texnikidir.
Tehsil-press.az