Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsi ölkəmizin inşaat sahəsi üzrə 100 illik ali təhsil ənənəsini özündə birləşdirir. Ötən illər ərzində fakültədə minlərlə yüksəkixtisaslı mühəndis kadr yetişdirilib və bu iş keyfiyyətlə davam etdirilir. İnşaat fakültəsi olaraq rəqabətədavamlılığı artırmaq məqsədilə istehsalat müəssisələri ilə əməkdaşlığa böyük önəm veririk. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Yer və yol betonlarında müasir texnologiyalar” mövzusunda konfrans da bu məqsədə xidmət edir. Konfrans çərçivəsində yer və yol betonları üzrə qabaqcıl şirkətlərin təmsilçiləri, aparıcı mütəxəssislər universitetimizin professor-müəllim heyəti və tələbələrlə görüşdülər.
Bunu “Yer və yol betonlarında müasir texnologiyalar” mövzusunda keçirilən konfransla bağlı açıqlamasında AzMİU-nun İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev deyib. S.Fərzəliyev bildirib ki, konfrans yer və yol betonları üzrə müasir texnologiyaların tətbiqi məsələlərində elmi-texniki tədqiqatları təşviq edəcək.
Tehsil-press.az