AzMİU-da tədris metodikası ilə bağlı qabaqcıl universitetlərin təcrübəsi öyrənilir

AzMİU-da tədris metodikası ilə bağlı qabaqcıl universitetlərin təcrübəsi öyrənilir Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyətə nəzarət mərkəzi tərəfindən “Tədris prosesində müasir metodika və texnologiyaların tətbiq olunması” adlı silsilə seminarlara yenidən start verilib.
Budəfəki seminarın qonağı Su təsərrüfatı və mühəndis kommunikasiyaları sistemləri fakültəsinin Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasına dəvət edilmiş Türkiyənin Qazi Universitetinin professoru Müslüm Cengiz Taplamacioğlu olub. O, əvvəlcə Qazi Universiteti, orada keyfiyyət təminatı istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin tədrisin keyfiyyətini artırmaq üçün dərs prosesində müasir metod və üsullar, yeni yanaşmalar və onların düzgün tətbiqi istiqamətində məsələlərdən bəhs edib.
Seminarın sonunda tədris işləri üzrə prorektor Akif Qasımov, İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev, Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov və Keyfiyyətə nəzarət mərkəzinin müdiri dosent Könül Ağayeva çıxış edərək universitetdə bu istiqamətdə görülən işlər barədə məlumat veriblər.

Tehsil-press.az



Oxşar xəbərlər