UFAZ-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçiriləcək

UFAZ-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçiriləcək Azərbaycan-Fransız Universitetində (UFAZ) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Bu barədə UFAZ-ın Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Kamil Piriyev məlumat verib.
Türk Ağsaqqalları İctimai Birliyi, Yeni Azərbaycan Partiyası və UFAZ-ın təşkilatçılığı ilə keçiriləcək tədbirdə tanınmış alimlərin böyük xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin müstəsna tarixi xidmətləri ilə bağlı məruzələri dinləniləcək.

Tehsil-press.az


Oxşar xəbərlər