Muzeydə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək

Muzeydə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək Aprelin 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda ikinci respublika elmi konfransı keçiriləcək.
Tədbirdə muzeylərdə elmi, fond və ekspozisiya işində milli dəyərlərin yeri; arxiv və kitabxana işinin təşkili; arxiv və kitabxana fondlarında milli dəyərlərin mühafizəsi və qorunması; muzey, kitabxana və arxivlərdə bərpa və konservasiya işinin təşkili; gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu və digər mövzuların müzakirəsi nəzərdə tutulur.
Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini martın 1-dək [email protected] elektron ünvanına göndərməlidirlər.
Ünvan: Bakı şəhəri, H.Z.Tağıyev küçəsi, 4. Telefon: (+994 12) 493-23-87, 598-17-40, 598-17-39.

Təhsil-press.az

Oxşar xəbərlər