Sertifikatlaşdırmaya dair görüşlər davam edir

Sertifikatlaşdırmaya dair görüşlər davam edir Sertifikatlaşdırma prosesi ilə bağlı növbəti görüş Bakının Səbail, Yasamal, Nərimanov, Nəsimi, Nizami və Binəqədi rayonları üzrə ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimlərini əhatə edib.
Paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, Təlimə Dəstək Mərkəzinin direktoru Minarə Fərzəliyeva, direktor müavini Zaur Balaqadaşov və Azərbaycan dili fənni üzrə metodist Günel Bayramova, müəllimlər iştirak ediblər.
Görüşdə təhsilverənlərin sertifikatlaşdırılma prosesinin təşkili qaydaları, mərhələləri, məzmunu ilə bağlı ətraflı məlumat verilib. Həmçinin qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb, imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər