“Bugünkü danışıqlar çox məhsuldar keçdi və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq oldu”.
Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib.
Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar:
“May ayında Brüsseldə keçirilən görüşdə əvvəllər qaldırılan bütün məsələləri müzakirə etmək imkanımız oldu. Sərhədin delimitasiyası, sülh sazişinin hazırlanması məsələlərini müzakirə edə bildik və bu görüş iyulun 21-də Brüsseldə planlaşdırılan görüşə əla hazırlıq idi”.
Qeyd edək ki, Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.
Tehsil-press.az