Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) plastik çirklənmənin aradan qaldırılmasını nəzərdə tutan beynəlxalq müqavilə layihəsinin 2023-cü ilin noyabr ayına qədər hazırlanmasına qərar verib.
YUNESKO-nun Parisdəki mənzil-qərargahında 175 ölkə nümayəndə heyəti və QHT-nin iştirakı ilə 2024-cü ilə qədər plastik çirklənmənin aradan qaldırılmasını hədəfləyən beynəlxalq razılaşmanın əldə edilməsi məqsədi ilə keçirilən ikinci danışıqlar mərhələsi dünən başa çatıb.
Fransa Xarici İşlər və Ekoloji Transformasiya Nazirliyindən verilən yazılı açıqlamada bu həftəki danışıqların nəticələri qeyd edilib.
Açıqlamada, qanuni qüvvəyə malik razılaşmanın əldə edilməsi üçün daha 3 danışığın təşkil ediləcəyi və bu danışıqlarda Keniya, Kanada və Cənubi Koreyanın ev sahibliyi etməsi də qərara alınıb.
Bəyanatda YUNESKO-da aparılan danışıqlarda məqsədlərin həyata keçirilməsi ilə bağlı razılığın əldə olunduğu qeyd edilib. Beynəlxalq Danışıqlar Komitəsinin (BK) prezidenti Qustavo Meza-Kuadra Velaskesə bu sənəd layihəsinin hazırlanmasının tapşırıldığı qeyd edilib. Razılaşmanın müzakirəsi Keniyanın paytaxtı Nayrobidə keçiriləcək. Nayrobidəki danışıqlar bölməsi 2023-cü ilin noyabrında keçiriləcək.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Assambleyası (UNEA) Keniyanın paytaxtı Nayrobidə 2022-ci ildə dünyada plastik çirklənmənin aradan qaldırılmasına yönəlmiş beynəlxalq məcburi sazişin 2024-cü ilin sonuna qədər imzalanmaq üçün açılmasını və INC-nin yaradılmasını nəzərdə tutan qətnaməni qəbul edib.
Müqavilənin məqsədi plastik məmulatların istehsaldan təkrar emala qədər bütün prosesinə nəzarət etmək və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır.
Tehsil-press.az