BDU-da təlim: Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri

BDU-da təlim: Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə BDU könüllüləri və Milli QHT Forumu Könüllülər Birliyinin təşkilatçılığı ilə “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri” mövzusunda təlim keçirilib.
Təlimdə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini Könül Aslanova, BDU könüllülərinin fakültə üzrə sədri Leyla İmaməliyeva, Milli QHT Forumu Könüllülər Birliyinin sədri Hatəm Həzizadə və təlimçi qismində birliyin koordinatoru Hüsniyyə Necati, tələbələr iştirak ediblər.
Tədbirdə plastik tullantıların təbiətə və sağlamlığa vurduğu zərər haqqında danışılıb, plastik maddələrin kimyəvi təsirləri, istehsalı, yenidən emalı barədə məsələlər müzakirə olunub. Çıxışlarda plastik tullantıların ətraf mühitə mənfi təsirinin qarşısının alınması üçün dövlət tərəfindən məqsədyönlü siyasət aparıldığı qeyd olunub.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər