UNEC-ə mənsub elmi əsərlərin xarici müəlliflik göstəriciləri açıqlanıb

UNEC-ə mənsub elmi əsərlərin xarici müəlliflik göstəriciləri açıqlanıb Bu ilin may ayı üzrə Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) nümayəndələrinin 39 elmi əsəri nüfuzlu elmi nəşr platformalarında indekslənib.
Bu elmi əsərlərin 21-i xarici ali təhsil müəssisələrinin 66 tədqiqatçısının həmmüəllifliyi ilə yazılıb.
Müəlliflərdən 17-si Rusiya Federasiyası, 13-ü Çin Xalq Respublikası, 6-sı Türkiyə Respublikası, 6-sı Nepal Federativ Demokratik Respublikası, 5-i Malayziya Federasiyası, 5-i İtaliya Respublikası, 3-ü Böyük Britaniya Krallığı, 3-ü Almaniya Federativ Respublikası, 2-si Gürcüstan Respublikası, 2-si Misir Ərəb Respublikası, 2-si Qazaxıstan Respublikası, 2-si İran İslam Respublikası, 2-si Birləşmiş Ərəb Əmirlikləri, 1-i Yunanıstan Respublikası, 1-i Cənubi Afrika, 1-i Pakistan İslam Respublikasının ali təhsil müəssisələrinin təmsilçiləridir.

Tehsil-press.az


Oxşar xəbərlər