Bu ilin aprel ayı üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşlarının 36 elmi əsəri nüfuzlu elmmetrik bazalarda indesklənib.
Bu elmi əsərlərin 27-si “Scopus”, 9-u isə “Web of Science” elmmetrik bazalarında yer alıb. Elmi əsərlərin 53 faizi Q1-Q2 kvartilli jurnallarda nəşr olunub.
Qeyd edək ki, UNEC-in nümayəndələri nüfuzlu elmi platformalarda indekslənən elmi nəşrlərə əsərlərini təqdim edərkən mənsub olduğu ali təhsil müəssisəsi kimi “Azerbaijan State University of Economics (UNEC)” qeyd etməlidir. Belə ki, tədqiqatçıların “Scopus” və “Web of Science” müəllif profilləri onların elmi əsərləri bu elmmetrik bazalarda indeksləndiyi zaman “Clarivate Analytics” və “Elsevier” şirkətləri tərəfindən yaradılır. Bununla yanaşı, eyni soyadlı, adlı tədqiqatçıların nəşr fəaliyyətindəki kəmiyyət, keyfiyyət göstəricilərində, müəllif profillərində və mənsub olduğu universitetlərdə əks olunmada qarışıqlığın yaranmaması üçün tədqiqatçılar tərəfindən ORCID qeydinin yaradılması və indekslənən elmi əsərlərin “Google Scholar” axtarış sisteminə əlavə olunması məqsədəuyğun hesab olunur.
Tehsil-press.az