Ukrayna Rusiya ilə əsirlərin növbəti mübadiləsini aparıb. Bu dəfə 95 müdafiəçi Rusiya əsirliyindən Vətənə qayıdıb. Onlar arasında 93 sıravi, çavuş və iki zabit var.
Bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak teleqram kanalında bildirib. O yazıb: “Əsirlərin dəyişdirilməsi. Biz 95 insanımızı vətənə qaytardıq. Siyahıya Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın əsgərləri, eləcə də sərhədçilər daxildir”.
Onun sözlərinə görə, Mariupoldan, Çernobıl AES-dən, “Zmeynıy” adasından, Baxmutdan əsir düşənlər, həmçinin “Azovstal”ın müdafiəçiləri vətənə qayıdıblar.
Tehsil-press.az