BMU-da Milli Qurtuluş Günü qeyd olundu

BMU-da Milli Qurtuluş Günü qeyd olundu Bakı Mühəndislik Universitetində (BMU) 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib, Dövlət Himninin səsləndirilməsinin ardınca “Milli qurtuluşdan intibaha” adlı videoçarx nümayiş olunub.
Sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov xalqın taleyində əsaslı, böyük dönüşə səbəb olan 30 il əvvəlki siyasi və tarixi proseslərə diqqət çəkib. Rektor çıxışında 1993-2003-cü illər ərzində Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini sadalayıb və bu dövrün Azərbaycanın dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildiyi mərhələ olduğunu söyləyib.
BMU-nun prorektoru, YAP üzvü Mikayıl Zeynalov Milli Qurtuluş Gününün Azərbaycan dövlət bayramları içərisində xüsusi yerə malik olduğunu önə çəkərək, 15 iyunda Azərbaycan dövlətinin, əsl müstəqilliyinin təməlinin qoyulduğunu bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər