Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib. Əvvəlcə universitet rəhbərliyi əlamətdar bayram münasibətilə ümummilli lider Heydər Əliyevin ali təhsil müəssisəsinin foyesində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub.
Dəyirmi masanı açan ADPU-nun rektoru professor Cəfər Cəfərov Milli Qurtuluş Gününün tarixinə nəzər salıb. Rektor qeyd edib ki, təxminən 30 il öncə yenicə müstəqilliyini qazanmış respublikamızda yaranmış siyasi-iqtisadi və hərbi gərginlik, torpaqlarımızın mənfur düşmən tərəfindən işğal edilməsi fonunda siyasi hakimiyyətdə olanların səriştəsizliyi və şəxsi ehtirasları ucbatından ölkə vətəndaş qarşıdurması həddinə çatmış, respublikanın parçalanması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir mürəkkəb və taleyüklü tarixi situasiyada qədirbilən və müdrik Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və Milli Məclisin sədri kimi ölkədə iqtisadi-siyasi sabitliyin bərpası istiqamətində təxirəsalınmaz və ardıcıl tədbirlərin icrasına başladı. Bununla da xalqımız və dövlətimiz fəlakətə düçar olmaqdan, müstəqilliyin itirilməsi təhlükəsindən qurtulmuş oldu.
Rektor vurğulayıb ki, xalqımız bu tarixi günü əziz tutaraq, Milli Məclisin qərarı ilə Milli Qurtuluş Gününü qeyd edir.
Tədbirdə universitetin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov, İbtidai təhsil fakültəsinin dekanı professor Fərrux Rüstəmov çıxış ediblər. Onlar Milli Qurtuluş Gününün tarixi-ictimai əhəmiyyətindən söz açaraq müstəqillik tarixinin gənclərə aşılanmasının önəminə diqqət çəkiblər.
Qeyd edək ki, tədbirdə Pedaqoji Universitetin rəhbərliyi, müvafiq struktur bölmələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Tehsil-press.az