Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırdı

Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırdı Birləşmiş Ekspedisiya Qüvvələrinin müdafiə nazirlərinin iclasında Böyük Britaniya hökumətinin nümayəndəsi Ukraynaya 92 milyon funt-sterlinqlik yeni hərbi yardım paketini açıqlayıb.
Buraya hava hücumundan müdafiə və Ukrayna şəhər və kəndlərinin mühafizəsi üçün lazım olan avadanlıqlar daxildir. Avadanlıqlar, söz verildiyi kimi, yaxın aylarda Ukrayna Beynəlxalq Fondu vasitəsilə alınacaq.
Böyük Britaniya hökumətinin bəyanatında deyilir ki, bu avadanlıqlar Ukraynanın öz kritik milli infrastrukturunu, mülki əhalini və ordunu cəbhə xəttində müdafiə etmək qabiliyyətini artıracaq.

Tehsil-press.az





Oxşar xəbərlər