Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları (İKT) fakültəsinin dekanı Asif Paşayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları
Assosiasiyasının (AKTA) təşkilatçılığı və sahə mütəxəssislərinin iştirak ilə keçirilən “Kriptoqrafiya üzrə elmi-praktiki seminar”da məruzə ilə çıxış edib. Asif Paşayevin məruzəsi “İnformasiya təhlükəsizliyi ixtisasında tələbəyönümlü tədrisin təşkili” mövzusuna həsr olunub.
Seminarın əsas məqsədi Azərbaycanda kriptoqrafiya sahəsində ixtisaslaşmış mütəxəssislər arasında sahə üzrə aktual məsələlərin müzakirəsinin təşkil olunması və təkmilləşdirici təkliflərin hazırlanmasıdır.
Yarımgünlük seminarın ardından informasiya təhlükəsizliyi ixtisası üzrə bakalavr təhsili alan tələbələr üçün kriptoqrafiya sahəsində təşkil olunan dördgünlük təlim
öz işinə başlayıb. AKTA-nın təşkilatçılığı və Türkiyənin “Uniflybytes” şirkətinin dəstəyi ilə xarici mütəxəssislər tərəfindən ingilis dilində keçirilən təlimdə İKT fakültəsinin tələbələri Amin Ağayev, Ramin Babayev, Fatma Kəmərbəndi və Sitarə Hüseynova iştirak edir. İyunun 12-dən 16-dək davam edəcək təlimin sonunda iştirakçılar arasında CTF (Capture The Flag Bayrağı tutmaq) formatında kriptoqrafiya sahəsi üzrə bilik yarışının keçirilməsi də nəzərdə tutulur. Yarışın qaliblərinin mükafatlandırılması və nəticələrinin ictimailəşdirilməsi planlaşdırılır.
Tehsil-press.az