Texniki Universitetdə “CyberDEV” tələbə klubu yaradılıb

Texniki Universitetdə “CyberDEV” tələbə klubu yaradılıb Azərbaycan Texniki Universitetində (AzTU) informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbələrinin təşəbbüsü ilə yaradılan “CyberDEV” klubun təqdimatı keçirilib.
Klubun məqsədi kibertəhlükəsizlik sahəsində nəzəri və praktiki biliklərin mübadiləsi, tələbələrin öyrənmə və öyrətmə yolu ilə uğurlu karyera qurmalarına nail olmaqdır.
Müzakirələrdə tələbələr “CyberDEV”in yaradılması təşəbbüsünü dəstəkləyərək onun fəaliyyət istiqamətləri, klubda praktiki yönümlü təlimlər, butkamplar, müzakirə saatları, seminar və vebinarların keçirilməsi, həmçinin sosial media kanallarının aktiv istifadə edilməsi barədə təkliflər səsləndiriblər.
Tədbirdə praktiki bacarıqların qazanılmasında kibertəhlükəsizlik üzrə yarışların xüsusi əhəmiyyəti vurğulanıb və yaxın zamanda universitetdə CTF (Capture-The-Flag) tipli yarışların təşkili qərara alınıb.
Qeyd edək ki, “CyberDEV”in idarə heyətinin üzvləri konkret layihə təklifləri ilə müraciət edən tələbələr arasından səsvermə yolu ilə seçiləcək.

Tehsil-press.az



Oxşar xəbərlər