“Dayanıqlı inkişafın sahələrarası aspektləri” mövzusunda beynəlxalq forum

“Dayanıqlı inkişafın sahələrarası aspektləri” mövzusunda beynəlxalq forum Xəzər Universitetinin İqtisadiyyat və menecment departamentinin təşkilatçılığı ilə “Dayanıqlı inkişafın sahələrarası aspektləri” mövzusunda beynəlxalq forum keçirilib.
Professor-müəllim heyətinin, qonaq ekspertlərin, tələbələrin və 10-a yaxın məruzəçinin iştirak etdiyi forumda dayanıqlı inkişafın müxtəlif aspektlərinə dair elmi tədqiqatların nəticələri dinlənilib, həmçinin dayanıqlı inkişaf problemləri barədə fikir mübadiləsi aparılıb. Forumda əsasən dayanıqlı sosial inkişaf, dayanıqlı turizm, dayanıqlı iqtisadi artım, yaşıl enerji, yaşıl iqtisadiyyat, yaşıl maliyyə, dayanıqlı biznes və sosial sahibkarlıq və s. istiqamətdəki elmi tədqiqatlar üzrə çıxışlar dinlənilib.
Müvafiq istiqamət üzrə elmi tədqiqatçılar, elmi təşkilatların əməkdaşları, müstəqil ekspertlər, həmçinin iqtisadiyyat və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələr mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Tehsil-press.az


Oxşar xəbərlər