BMT-nin Baş katibinin müavini UNEC-də olub

BMT-nin Baş katibinin müavini UNEC-də olub BMT-nin Baş katibinin müavini, BMT-nin Cenevrədəki bölməsinin rəhbəri Tatyana Valovaya ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-in rektoru professor Ədalət Muradov Tatyana Valovayanı universitetdəki Əziz Səncər adına Qida təhlükəsizliyi laboratoriyası, eləcə də laboratoriyalarla tanış edib.
BMT rəsmisi UNEC-in müasir texnologiyalarla təmin olunmuş tədris binasında tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Sonra Tatyana Valovaya tələbələr qarşısında “Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat” mövzusunda çıxış edib. O, yaşıl iqtisadiyyat və dayanıqlı inkişafın dünya dövlətləri üçün çox vacib məsələ olduğunu diqqətə çatdıraraq, hələ də dünyanın müxtəlif inkişaf etməkdə olan ölkələrində yaşıl siyasət prosesi ilə bağlı məqsədyönlü və effektiv tədbirlərin görülmədiyini bildirib. Bu istiqamətdə uğurlu dövlət modellərinin əsas götürüldüyünü deyən T.Valovaya dünyada gedən ətraf mühit və iqlim dəyişikliyini nəzərə alaraq, yaşıl siyasəti təmin etmək üçün həmrəylik nümayiş etdirməyin vacibliyini vurğulayıb. BMT rəsmisi dayanıqlı cəmiyyətin və iqtisadi tarazlığın təmin olunması üçün dövlət və qeyri-hökumət təşkilatlarının düzgün sosial və iqtisadi siyasət həyata keçirmələri olduqlarını deyib.
Tədbirdə Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı UNEC barədə təqdimatla çıxış edib.
Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.
T.Valovaya təmsil etdiyi qurumun Azərbaycanda yaşıl iqtisadiyyatın, eləcə də alternativ enerji mənbələrinin inkişafı ilə bağlı təqdim olunan layihələrə dəstək göstərə biləcəyini deyib.

Tehsil-press.az


Oxşar xəbərlər