İsveçrəli tələbələr “Ernest&Young” şirkətinin Bakı ofisində təcrübədə olublar

İsveçrəli tələbələr “Ernest&Young” şirkətinin Bakı ofisində təcrübədə olublar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES - SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin “Azərbaycan bazarının təhlili və biznes mühitinin qiymətləndirilməsi adlı” intensiv təcrübə proqramı çərçivəsində isveçrəli tələbələr üçün yerli və beynəlxalq şirkətlərə işgüzar turlar təşkil edilir.
Tələbələr işgüzar görüşün ilk günü “Ernest&Young” (EY) şirkətində təcrübədə olublar. Onlar EY missiyası, şirkətin gələcəyə baxışı, departamentlərin fəaliyyəti, eləcə də müxtəlif dövlət qurumları və sahibkarlarla tərəfdaşlıq əlaqələri haqqında məlumat əldə ediblər. Eyni zamanda, EY-in yaşıl siyasətlə bağlı həyata keçirdiyi layihələrlə tanış olublar.
EY əməkdaşları tərəfindən keçirilən 4 sessiyalı təlimlərdə tələbələrin dayanıqlı inkişaf, yaşıl siyasət, dayanıqlı maliyyə və audit sistemi, konsultasiya və s. haqqında sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər