Bakı Ali Neft Məktəbi (BANM) 2017/2018-ci tədris ili üzrə “Dayanıqlı İnkişaf üzrə Hesabat” hazırlayıb. BANM Azərbaycanda bu hesabatı hazırlayan ilk ali təhsil müəssisəsidir.
Hesabatın əsas məqsədi ali məktəbin iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini şəffaf şəkildə açıqlamaqdır. Hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinin BANM-in strategiyasına inteqrqasiya olunması yer alıb. Hesabat ali məktəbin korporativ məsuliyyətinin göstəricisi və onun fəaliyyətinin dünya standartlarına uyğun təşkil olunmasının sübutu, həmçinin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədlərinə verilən bir töhfədir. BANM bu hesabatı hər iki ildən bir hazırlamağı öz öhdəsinə götürüb.
Qeyd edək ki, ali məktəbin “Dayanıqlı İnkişaf üzrə Hesabat”ı beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün standartlarına uyğun hazırlanıb. Hesabatdakı məlumatların düzgünlüyünə “EY Azərbaycan” şirkəti tərəfindən müsbət rəy verilib və təsdiq olunub.
BANM-nin Mətbuat Xidməti