“Dünya iqtisadiyyatı COVID-19 pandemiyasından sonra” mövzusunda müzakirələr aparılıb

“Dünya iqtisadiyyatı COVID-19 pandemiyasından sonra” mövzusunda müzakirələr aparılıb Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının prorektoru, Maliyyə və Dayanıqlı İnkişaf İnstitutunun direktoru, Rusiyanın Əməkdar iqtisadçısı, iqtisad elmləri doktoru, professor Andrey Marqolinin və Rusiya İqtisad Məktəbi direktorunun müavini, Azərbaycanın aparıcı iqtisadçılarından biri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədovun təşəbbüsü ilə “Dünya iqtisadiyyatı COVID-19 pandemiyasından sonra” mövzusunda elmi videokonfrans keçirilib.
Konfransda dünya iqtisadiyyatının qarşılaşdığı vacib problemlərə və məsələlərə toxunulub. Videokonfransda tədbirin təşəbbüskarları və təşkilatçıları, professorlar Andrey Marqolin və Elşad Məmmədovla yanaşı, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Maliyyə və Dayanıqlı İnkişaf İnstitutunun Maliyyə və İnvestisiyalar Elmi Tədris Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Natalya Bondarçuk, Dayanıqlı İnkişaf Elmi Tədris Mərkəzinin direktoru, iqtisad elmləri namizədi, dosent Sergey Semyonov, UNEC-in dissertantı Esmira Əhmədova məruzələrlə çıxış ediblər.
Rusiya və Azərbaycandan məşhur ekspertlərin, iqtisadçıların, elmi ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə müzakirə olunan mövzu və dinlənilən məruzələr ətrafında geniş elmi müzakirələr aparılıb.
Videokonfransın sonunda təşkilatçılar tədbirə yekun vurub, dünya iqtisadiyyatında yaranmış bu vəziyyətdə belə diskussiyaların və görüşlərin keçirilməsinin aktuallığını və əhəmiyyətini vurğulayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər