Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaradılmış Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin İdarə Heyətinin ilk iclası və açılış mərasimi keçirilib.
Dövlət, özəl, akademik sektor və QHT nümayəndələrinin təmsil olunduqları iclasda Mərkəzin işinin təşkili və fəaliyyətinin əsas istiqamətləri müzakirə edilib.
İclasda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov İdarə Heyətinin sədri seçilib.
Sonra Mərkəzin rəsmi açılışı olub. Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, Mərkəzin İdarə Heyətinin üzvləri, dövlət və özəl qurumların rəsmi nümayəndələri və rəhbər şəxsləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən rektor Ədalət Muradov bildirib ki, Mərkəz Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar UNEC-in Gəncədə keçirdiyi beynəlxalq konfransın tövsiyəsinə əsasən yaradılıb. Mərkəzdə ölkənin gələcək sosial-iqtisadi inkişafına töhfə verəcək tədqiqatlar aparılacaq. Rektor Qarabağın bərpasında “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl enerji” konsepsiyalarına da toxunub. Bu yanaşmaların ölkəmiz üçün yeni olduğunu deyən rektor, bu və ya digər sahələrdə dünyada aparılan innovativ təcrübələrin Azərbaycana gətirilməsinin Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu deyib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini, Mərkəzin İdarə Heyətinin sədri Vüqar Kərimov “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” arasında əsas istiqamətlərindən biri kimi təsbit edildiyinə diqqət çəkib. O, Mərkəzdə aparılacaq tədqiqatların bu istiqamətdə ölkəmizə mühüm töhfələr verəcəyini bildirib.
Mərkəzin İdarə Heyətinin üzvü Elmar Məmmədov Azərbaycanın dayanıqlı inkişaf məqsədlərindən və bu istiqamətdə əldə olunan uğurlardan danışıb. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə “yaşıl enerji”nin əsas prioritetlərdən biri kimi müəyyən edildiyini deyən E.Məmmədov, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” zonası elan olunduğunu və bu istiqamətdə tədbirlərin həyata keçirildiyini deyib. Dayanıqlı inkişaf konsepsiyası ilə bağlı Nizami yaradıcılığına nəzər salan E.Məmmədov dahi şairin əsərlərində bu konsepsiyanın əsas elementlərinin öz əksini tapdığını və təbliğ olunduğunu vurğulayıb.
Sonra Tədqiqat Mərkəzinin katibi Gülnar Mirzəyeva mərkəzin fəaliyyəti barədə təqdimatla çıxış edib.
Sonda suallar cavablandırılıb.
Tehsil-press.az