UNEC 93 yaşını qeyd edib

UNEC 93 yaşını qeyd edib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaradılmasının 93 ili tamam olur. Bu münasibətilə ali təhsil ocağında “UNEC günü” qeyd olunub.
İnzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov “UNEC günü” münasibətilə universitet rəhbərliyi adından müəllim, tələbə və əməkdaşları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra UNEC-in həyatında fəal iştirak edən müəllim və tələbələr təşəkkürnamələrlə təltif olunub. “Casio” şirkəti tərəfindən universitetin sosial-ictimai həyatında fərqlənən əməkdaşlarına isə hədiyyələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər