UNEC-də Novruz bayramı böyük coşqu ilə qeyd olunub

UNEC-də Novruz bayramı böyük coşqu ilə qeyd olunub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Novruz bayramı münasibətilə şənlik keçirilib.
Şənlikdə prorektor Şaiq Əsgərov çıxış edərək bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə universitet rəhbərliyi adından müəllim, tələbə və əməkdaşları təbrik edib.
Novruz şənliyində qalanan bayram tonqalının ətrafında tələbələr yallı gedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəl bir-birindən maraqlı çıxışları, bayram əhvali-ruhiyyəli səhnəcikləri ilə şənliyə xüsusi rəng qatıblar. UNEC-in 24/7 kitabxanasına “papaq atan” Kosa və Keçələ kitablar hədiyyə olunub.
Novruz şənliyi baharı, Azərbaycanı tərənnüm edən mahnılarla davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər