Qadın dəfn mərasimində dirilib və hamını şoka salıb

Qadın dəfn mərasimində dirilib və hamını şoka salıb İnanılmaz hadisə! Tabutunda dirilən qadının fotosu sosial şəbəkələrdə yayılıb. Ekvadordan olan 76 yaşlı qadın dəfn mərasimində dirilib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Twitter sosial şəbəkəsində yayılan görüntülərdə 76 yaşlı Bella Montoya adlı bir qadının tabutunda dirildiyi bildirilir.
Xəstəxanadan verilən məlumata və oğlunun verdiyi açıqlamaya görə, Ekvadordan olan yaşlı qadın hadisədən iki gün əvvəl dünyasını dəyişib. Dəfn zamanı tabutun içindən gələn səs isə hamını şoka salıb. Montoyanın oğlu deyib ki, onlara hətta ölüm haqqında şəhadətnamə də verilib. Tabutunda dirilən qadının şəkilləri və videosu sosial şəbəkələrdə yayılıb. Yaşlı qadının ölüm xəbərini verən xəstəxana yenidən onu müalicə altına alıb.
Hadisədə iştirak edən Ekvador Səhiyyə Nazirliyi Montoyanın iflic şübhəsi ilə xəstəxanaya yerləşdirildiyini, həkimin reaksiyalarına heç bir qarşılıq vermədiyini və buna görə də onun ölümünün elan edildiyini bildirib. Montoyanın hazırkı vəziyyətinə nəzarət edən Səhiyyə Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Oğlu isə anasını xəstəxanada bir an belə tək qoymadığını və anası üçün dua etdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər