Ukrayna indiyədək əksəriyyəti Rusiya vətəndaşları olmaqla, 8,6 mindən çox şəxsə qarşı sanksiya tətbiq edib.
Bu məlumatı Ukrayna ədliyyə nazirinin müavini İrina Mudraya “Rada” telekanalının efirində səsləndirib. Onun sözlərinə görə, hakimiyyət orqanları sanksiyaya məruz qalan şəxslərə məxsus əmlak və aktivlərin dövlət nəfinə məcburi müsadirə olunması üzərində fəal işləyir. Ötən ilin mayından başlayaraq Ədliyyə Nazirliyinə bununla bağlı 20 məhkəmə qərarı daxil olub və onlardan 19-u artıq qanuni qüvvəyə minib.
Sanksiyalara Rusiya vətəndaşları və şirkətləri ilə yanaşı, Belarus, İran, Avropa İttifaqının bəzi ölkələri və hətta ukraynalıların özləri də məruz qalıb. Sanksiyalar hesabların bloklanmasını, iqtisadi və maliyyə öhdəliklərinin icrasının dayandırılmasını, əməkdaşlığa xitam verilməsini, Ukraynaya girişin qadağan edilməsini və digər məhdudiyyətləri nəzərdə tutur.
Tehsil-press.az