UNEC əlilliyi olan tələbələrin təhsilə inteqrasiyası mövzusunda dəyirmi masada iştirak edib

UNEC əlilliyi olan tələbələrin təhsilə inteqrasiyası mövzusunda dəyirmi masada iştirak edib Rusiya Təhsil Akademiyasında “Universitet mühiti əlilliyi olan tələbələrin təhsilə sosial-mədəni inteqrasiyasının amili kimi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Rusiya, Belarus və Türkiyədən olan 25-dən çox ali məktəblərin nümayəndələri iştirak ediblər. Azərbaycanı dəyirmi masada Azərbaycan Dövlət İqtisad Universiteti təmsil edib.
Dəyirmi masada ali təhsil müəssisələrinin nümayəndələri konkret təhsil müəssisələrində sosial-mədəni vəziyyət barədə məlumat veriblər. Qeyd olunub ki, bütün sadalanmış üstünlüklərlə yanaşı ali məktəblər mövcud şəraitin təkmilləşdirilməsi üzrə çox böyük iş görməlidirlər.
İştirakçıların fikrincə, sosial-mədəni mühitin keyfiyyətsiz olmasının əsas səbəblərindən biri əlilliyi olan tələbələr, adi tələbələr və müəllim heyəti arasında qarşılıqlı əlaqənin kifayət qədər olmamasıdır.
Xüsusi təhsilə ehtiyacı olan tələbələr üçün laboratoriya müdiri, sosiologiya elmləri doktoru Vaqif Bayramov qeyd edib ki, prioritet vəzifə – tədris prosesinin bütün iştirakçıları arasında tam qarşılıqlı anlaşmaya nail olmaqdır.
Tədbir iştirakçıları, həmçinin ali təhsil müəssisələrində müxtəlif nozologiyalardan olan insanların təhsil alması problemlərini, ali məktəblərdə inklüziv mühitin və sosial-mədəni inteqrasiyanın rolunun təkmilləşdirilməsinin inkişafı məsələsini müzakirə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər