Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin 2-ci kurs magistrantı Safiya Əhməd Rusiya Federasiyasının Həştərxan Dövlət Universiteti tərəfindən keçirilən dəyirmi masada iştirak edib.
“Yeni internet kommunikasiya sistemində beynəlxalq hüququn aktual məsələləri: nəzəriyyə və təcrübə” adlı dəyirmi masada informasiya təhlükəsizliyi, “feyk” informasiyaların fenomeni, beynəlxalq təşkilatların fəaliyyətində yeni internet-kommunikasiya texnologiyaları və digər sahələr üzrə müzakirələr aparılıb.
Safiya Əhmədin “Koronavirus pandemiyası dövründə təhsil biznes subyektlərin fəaliyyəti” mövzusunda çıxışını iştirakçılar maraqla qarşılayıblar. UNEC-in magistrantı tədbir iştirakçılarının suallarını cavablandırıb.
Tehsil-press.az