“Qonşularımız təxribatçı fəaliyyətlərini dayandırmır” - Kamran Əliyev

“Qonşularımız təxribatçı fəaliyyətlərini dayandırmır” - Kamran Əliyev "Təəssüfki qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər".
Bunu Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə müsahibəsində deyib.
"May ayının 26-da iki erməni hərbiçisinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşsıının alınması, digər tərəfdən iyunun 15-də yenə də Azərbaycan sərhəd xidmətinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmamızı zəruri edir", - deyə o əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər