
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat yayıb.
Görüşdə tərəfləri maraqlandıran məsələlər, o cümlədən, avqustun 8-də imzalanan sülh protokolundan sonra Cənubi Qafqaz regionu üçün yaranmış yeni fürsətlər, Azərbaycanın nümunəvi məzhəblərarası və dinlərarası təcrübəsinin beynəlxalq miqyaslı önəmi, o cümlədən, Azərbaycan-ABŞ dinlərarası əməkdaşlıq münasibətlərinin inkişafı və davamlı sülhün qurulmasında multikultural dəyərlərin rolu kimi mövzular müzakirə olunub.
A.Paşazadə ABŞ prezidenti Donald Tramp tərəfindən “Azadlığa Dəstək Aktı”nın Azərbaycanla bağlı 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək buna görə ABŞ tərəfinə öz minnətdarlığını bildirib. O, ABŞ tərəfini Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb: "Belə bir siyahıda Azərbaycanın adının yer alması ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya heç də uyğun deyil".
Tehsil-press.az