Olimpiada qalibləri “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunacaq

Olimpiada qalibləri “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunacaq Bakı Dövlət Universitetində (BDU) olimpiada hərəkatı genişlənir.
Elmi şuranın bu gün keçirilən iclasında bununla bağlı qərar qəbul edilib. Rektor Elçin Babayev qeyd edib ki, bu məqsədlə BDU-da ənənəvi olaraq müxtəlif səviyyəli olimpiadaların keçirilməsi, tələbə və şagirdlər arasında olimpiada və digər beynəlxalq müsabiqələrin təşviqi nəzərdə tutulub. Eyni zamanda, tələbə və şagirdlərin olimpiadalara hazırlanması məqsədilə xüsusi məşğələlər keçiriləcək. Həmçinin olimpiadalara hazırlıq səviyyəsində məşğələ aparan müəllim və olimpiada rəhbərlərinin mükafatlandırılması nəzərdə tutulub.
Elmi şurada respublika və beynəlxalq fənn olimpiada qaliblərinin müsabiqədənkənar BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə qəbul olunması da qərara alınıb.

Tehsil-press.az


Oxşar xəbərlər