“Gənc istedadlar” liseyinin şagirdi dünya olimpiadasında medala layiq görülüb

“Gənc istedadlar” liseyinin şagirdi dünya olimpiadasında medala layiq görülüb Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin IX sinif şagirdi Rəvsan Həbibullayev Qətərin paytaxtı Doha şəhərində yeniyetmələr arasında təbiət elmləri fənni üzrə keçirilən dünya olimpiadasında iştirak edib və bürünc medala layiq görülüb.
Rektor Elçin Babayev Rəvsan Həbibullayev, onun valideyni və “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırovla görüşüb.
Görüşdə R.Həbibullayevi qazandığı uğur münasibəti ilə təbrik edən rektor onun dərsləri, olimpiada hazırlığı ilə maraqlanıb, bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına inamını ifadə edib.
Rəvsan Həbibullayev təşəkkürünü bildirib və beynəlxalq olimpiadalarda ölkəmizi layiqincə təmsil edəcəyinə çalışacağını vurğulayıb.
Qeyd edək ki, BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə 2015-ci ildə qəbul olunan R.Həbibullayev lisey şagirdləri arasında keçirilən müsabiqə və olimpiadalarda yüksək nəticələr göstərib, respublika səviyyəsində təşkil olunan yarışmalarda iştirak edib. O, 2018-ci ildə keçirilən respublika fənn müsabiqələrində uğurlu nəticə göstərək fizika fənni üzrə bürünc medala layiq görülüb. Ötən il VIII sinif şagirdi olaraq IX siniflər arasında keçirilən fizika fənn olimpiadasında da iştirak edərək final mərhələsinə yüksəlib.

Tehsil-press.az

Oxşar xəbərlər