274 nəfər universitetə imtahansız qəbul olundu - Nəticələr açıqlandı

274 nəfər universitetə imtahansız qəbul olundu - Nəticələr açıqlandı Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub.
Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə 274 nəfər qalib elan olunub.
Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür.
Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi iyunun sonlarında keçiriləcək.
Qeyd edək ki, beynəlxalq olimpiadada qızıl, gümüş, bürünc medal almış şəxslər 5 il ərzində istədikləri ixtisasa qəbul almaq şansı var. Respublika olimpiadasının qalibləri isə 2 il müddətində universitetlərə qəbul imtahanlarında iştirak etmədən qəbul ala bilər.

Tehsil-press.az


Oxşar xəbərlər