Avstraliya Ukraynaya hərbi yardım üçün daha 73,4 milyon dollar ayıracaq

Avstraliya Ukraynaya hərbi yardım üçün daha 73,4 milyon dollar ayıracaq Avstraliya hökuməti Ukraynaya 73,4 milyon dollar məbləğində növbəti maliyyə yardımı paketini təqdim edəcək. Bazar ertəsi baş nazir Entoni Albanez bildirib ki, bu vəsait hərbi maşın və sursatların alınmasına sərf olunacaq. Baş nazirin bəyanatı hökumət ofisi tərəfindən yayılıb.
Yardım paketi çərçivəsində 70 vahid hərbi texnika (o cümlədən 28 ədəd M113 zirehli texnikası, 14 xüsusi təyinatlı maşın və 28 ədəd MAN 40M orta ölçülü yük maşını), həmçinin 105 mm-lik artilleriya mərmisi alınacaq. Bundan əlavə, Ukrayna vətəndaşlarına humanitar yardım üçün BMT-yə 10 milyon Avstraliya dolları (6,7 milyon dollar) göndəriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər