Vaşinqton Kiyevə əlavə olaraq 1,3 milyard dollar yardım edəcək

Vaşinqton Kiyevə əlavə olaraq 1,3 milyard dollar yardım edəcək Birləşmiş Ştatlar Ukraynaya əlavə olaraq 1,3 milyard dollar həcmində yardım edəcək.
ABŞ-ın dövlət katibi Entoni Blinken bu barədə Ukraynanın bərpasına dair konfransda çıxışı zamanı deyib.
“Birləşmiş Ştatlar Ukraynaya əlavə olaraq 1,3 milyard dollar həcmində yardım göstərəcək. Biz energetikanın bərpasına 520 milyon dollar sərmayə yatıracağıq”, - deyə Entoni Blinken bildirib.
Dövlət katibinin sözlərinə görə, ABŞ Ukraynada dəmiryollarının, aeroportların və ölkəni Avropa ilə birləşdirən digər vacib infrastrukturun modernizə edilməsinə 657 milyon dollar, gömrük sisteminin rəqəmsallaşmasına və korrupsiya ilə mübarizəyə 100 milyon dollar, biznesin inkişafına isə 35 milyon dollar ayıracaq.
Pentaqonun məlumatına əsasən, Vaşinqton müharibə başlayandan bəri Kiyevə ümumilikdə 40 milyard dollarlıq hərbi yardım edib.

Tehsil-press.az



Oxşar xəbərlər