Paris regionunda Nanter şəhərində 17 yaşlı yeniyetmə Nahelin polis tərəfindən odlu silahla qətlə yetiriliməsi milli səviyyədə etirazlarla qarşılanıb. Hadisənin videogörüntüsü yayıldıqdan sonra polisin irəli sürdüyü versiyanın yalan olması insanları daha da qəzəbləndirib.
Nahelin anası oğlunun işinə ədalətli baxılması tələbi ilə “ağ yürüş”ə çağırıb.
Bu çağırışdan sonra Nanter şəhər sakinləri Nahelin öldürüldüyü yerə yaxın prefektura qarşısında yürüş keçirmək istəyiblər. Ancaq həmin məkana polis və jandarmlar yerləşdirilərək, etirazçılar başqa istiqamətə yönəldilib və prefektura qarşısında yürüşə icazə verilməyib.
Yerli vaxtla saat 14-də başlayan yürüşə 6200 insanın qatıldığı bildirilir. Yürüş iştirakçıları “Nahel üçün ədalət!”, “Bir daha heç vaxt”, “Polis öldürür”, “Ədalət”, “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün” şüarları ilə şəhər mərkəzinə doğru irəliləyiblər. Yürüşün sonuna yaxın polis və yürüşçülər arasında toqquşma olub. Polis yürüşçüləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Ötən axşam baş vermiş zorakılıq hadisələrindən sonra ölkədə, xüsusilə də Nanterdə vəziyyət gərgin olaraq qalır. Paris regionunda axşam saat 21-dən etibarən ictimai nəqliyyatın işləməyəcəyi elan olunub.
Hadisələrlə əlaqədar 40 minə yaxın polis və jandarmı qüvvələrinin səfərbər olunduğu deyilir. Paris və şəhərətrafı ərazilərə 5000 polis nəzarət edəcək. Daxili işlər naziri ötən gecə 180 –dən çox şəxsin saxlanıldığını və 170 polisin yaralandığını bildirib.
Ölkədə vəziyyət gərgin olaraq qalmaqdadır. Sakinlər polisə qarşı qəzəblidirlər. Bildirirlər ki, Nahel ilk və son hadisə deyil və polis son dövrlərdə həddən çox zorakılaşıb.
Nahelə atəş açan polis saxlanılıb və ona qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
Tehsil-press.az