Yunanıstanın paytaxtı Afinada bir qrup etirazçı polisə daş və “Molotov kokteyli” atıb.
Etiraz aksiyası 15 yaşlı gəncin polis tərəfindən qətlə yetirilməsinin ildönümü ilə bağlı keçirilib.
Qeyd olunur ki, Afina Universitetindən parlament binasınadək təşkil olunan yürüşdə 400-ə yaxın şəxs qatılıb.
Aksiya zamanı anarxistlər polisə “Molotov kokteyli” atmağa başlayıb. Bir neçə yürüş iştirakçısı saxlanılıb.
Ümumilikdə Afinanın mərkəzi hissəsini 5 mindən çox polis əməkdaşı qoruyur.
Bu gün axşam saatlarında növbəti yürüşün təşkil olunacağı bildirilir. Aksiyalar Yunanıstanın digər şəhərlərində də planlaşdırılır.
Qeyd edək ki, Aleksis Qriqoropulis 2008-ci il dekabrın 6-da polis tərəfindən odlu silahla öldürülmüşdü. Hər il dekabrın 6-ı Afinada və digər şəhərlərdə polislə toqquşmalar qeydə alınır.
Tehsil-press.az