Nahelin ölümü bütün Fransanı silkələyib

Nahelin ölümü bütün Fransanı silkələyib Fransada Nahelin ölümü ilə bağlı vəziyyət getdikcə daha da gərginləşir. Ölkənin müxtəlif şəhərlərində iyunun 29-dan 30-na keçən gecə yenidən gərginlik yaşanıb və polislə toqquşma olub.
Parisin Seine-Saint-Denis, Hauts-de-Seine və Val-de-Marne kimi şəhərətrafı ərazilərində 422 nəfər saxlanılıb. Şəhərlərə ziyan vurulub, avtomobillər yandırılıb. Nantda supermarketə, Poda polis komissarlığına hücum edilib, bir çox şəhərlərdə polislə qarşıdurma baş verib. Qarşıdurmaların episentri Nantda, həmçinin bank filialı yandırılıb, ictimai binalar, məktəblər və vergi mərkəzləri yararsız hala salınıb.
Ile-de-France regionunda, eləcə də zorakılıq riski ilə üzləşən Paris bölgəsində bir neçə bələdiyyə iyulun 3-dək qüvvədə olacaq komendant saatı tətbiq edib.
Naheli öldürən polis ilə bağlı həbs qətimkan tədbiri seçilib. Vəkili ittiham aktından apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Bu gün yeni böhran iclası çağırılıb. Emmanuel Makronun Parisdə yerli vaxtla saat 13:00-da yeni nazirliklərarası böhran bölməsinə sədrlik edəcəyi bildirilir. Avropa sammitində iştirak etmək üçün Brüsseldə olan dövlət başçısı həmkarları ilə müzakirələr bitməsə də, səfərini yarımçıq qoya bilər.

Tehsil-press.az


Oxşar xəbərlər