AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan və Türkiyənin XX–XXI əsrlərin liderlik modellərinin müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən institutun baş direktoru professor İlham Məmmədzadə bildirib ki, tarixi köklərə söykənən Azərbaycan-Türkiyə əlaqələri XX–XXI əsrdə daha geniş şəkildə inkişaf edərək, iqtisadi-siyasi, həm də hərbi baxımdan müttəfiqlik səviyyəsinə qalxıb. Bu əlaqələrin dərin tarixi kökləri sübut edir ki, iki dövlət arasında münasibətlər təkcə strateji maraqlar çərçivəsində deyil, həm də soykökə bağlılıqdan, eyni mənəvi dəyərlərə malik olmaqdan irəli gəlir.
Tədbirdə akademik Nərgiz Axundova XX əsr hadisələrindən söz açıb: “Fəxrlə deyə bilərik ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilir. Ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər nə bu günün, nə də dünənin siyasi-iqtisadi maraqları əsasında formalaşmayıb. Bu əlaqələr dərin tarixi köklərə bağlanır. Türkiyə və Azərbaycan əlaqələrinin tədqiq edilməsi və gələcəkdə yaranacaq əməkdaşlıq sahələri ilə bağlı ənənələrin davam etdirilməsi baxımından tarixi reallıqların işıqlandırılması, bu sahə ilə araşdırma aparan hər bir institut alimlərinin qarşısında duran əsas tədqiqat obyekti olmalıdır”.
Dəyirmi masada “Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyev: liderlik nümunəsinin müqayisəsi”, “Azərbaycan - Türkiyə əməkdaşlığı beynəlxalq münasibətlərdə siyasi-hərbi-diplomatik modeldir”, “Yeni liderlik modeli: Azərbaycan-Türkiyə əlaqələri perspektivi fonunda”, “Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın liderlik nümunəsi”, “Prezident İlham Əliyevin siyasi xəttində strategiya və dialoq”, “Mustafa Kamal Atatürk fenomeni - XX əsrin yeni liderlik modeli” və digər mövzularda məruzələr dinlənilib.
Tehsil-press.az