BMT-nin Sülh səfiri, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiri, Əməkdar müəllim, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərovun “Şuşanın üfüqləri” sərlövhəli məqaləsi Türkiyə kütləvi informasiya vasitələri tərəfindən də geniş yayılıb.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bütün istiqamətlərini ətraflı təhlil edən görkəmli alim Şuşa Bəyannaməsinin ortaya çıxardığı strateji inkişaf çalarlarını ayrı-ayrılıqda məntiqi mühakimə və faktlar əsasında türkdilli ictimaiyyətə çatdırır. Hazırda ekspertlər tərəfindən ən qızğın müzakirəyə çevrilən Zəngəzur dəhlizinin açılması məsələsinə geniş yer ayıran müəllif əsaslandırır ki, nəqliyyat və kommunikasiya xətlərinin bərpası regionda sıçrayışlı inkişaf yaradacaq.
Türkiyənin www.igdirhaber.com , www.gazetekars.com , www.igdir15temmuzgazetesi.com , www.yesiligdir.com saytları tərəfindən türk dilində yayılan məqalə belə tamamlanır: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının həm siyasi, həm iqtisadi, həm hərbi, həm mənəvi və s. simvoludur. Bu bəyannamənin Milli Qurtuluş Günündə, Qars müqaviləsinin yüz illiyində, həm də Şuşa şəhərində bağlanması tarixi həqiqətlərin məntiqi yekunudur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi kəlamlarına uyğun olaraq iki qardaş dövlət arasında formalaşan münasibətlər Şuşa Bəyannaməsi ilə özünün məntiqi zirvəsinə yüksəlib”.
Tehsil-press.az