Ötən il 17 min abituriyent üçün xüsusi qabiliyyət imtahanları təşkil edilib

Ötən il 17 min abituriyent üçün xüsusi qabiliyyət imtahanları təşkil edilib Ötən il təxminən 17 min abituriyent üçün xüsusi qabiliyyət imtahanları təşkil edilib.
Bu məlumat Dövlət İmtahan Mərkəzinin 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarında yer alıb. Bildirilib ki, 2022/2023-cü tədris ili üçün V ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə, ümumilikdə 4010 plan yeri ayrılmışdı (bundan əlavə, 83 yerə müsabiqədənkənar qəbul aparılıb). 10521 nəfər (10169 abituriyent və 352 subbakalavr) V qrupun ixtisasları üzrə müsabiqədə iştirak edib. Onlardan 5517-si qabiliyyət imtahanını müvəffəqiyyətlə verib.

Tehsil-press.az



Oxşar xəbərlər