Təsviri incəsənət müəllimliyi, dizayn və dekorativ tətbiqi sənət ixtisasları üzrə qabiliyyət imtahanlarında 1582 nəfər müsbət qiymət alıb

Təsviri incəsənət müəllimliyi, dizayn və dekorativ tətbiqi sənət ixtisasları üzrə qabiliyyət imtahanlarında 1582 nəfər müsbət qiymət alıb Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanlarının nəticələrinə dair statistik məlumatları açıqlayıb.
Təsviri incəsənət müəllimliyi, dizayn (sahələr üzrə) və dekorativ tətbiqi sənət ixtisasları üzrə 3 min 659 abituriyent qeydiyyatdan keçib. Bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında 2 min 423 nəfər iştirak edib. Qabiliyyət imtahanlarında 1582 nəfər müsbət qiymət alıb.
Qeyd edək ki, bu ixtisaslar üzrə qabiliyyət imtahanlarının nəticələri Bakı şəhərinə aiddir.

Tehsil-press.az




Oxşar xəbərlər