Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və İdrak İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Biliklərarası inteqrasiya” mövzusunda yay məktəbi davam edir.
Yay məktəbinin növbəti günündə tələbələr yenidən müxtəlif mövzularda məruzələr dinləyiblər.
Məqasid İnstitutu (ABŞ) icraçı direktorunun müavini, Biliklərarası İnteqrasiya İnstitutunun (Gürcüstan) metodologiya problemləri, İslam epistemologiyası, İslam iqtisadiyyatı və maliyyəsi məsələləri üzrə eksperti İldus Rafikof “Yeni məqasid metodologiyası: bir daha İslam erudisiyası haqqında” və “İslam epistemologiyası və tənqidi təfəkkür” mövzularında məruzə ilə çıxış edib. Məruzəçi çıxışında dini qaydaların məqsədlərinin müxtəlif prizmaları və buradakı problemlər, Quranın məntiqi və məqsədi, İslam elmlərindəki problemlər, bilik, elm və həqiqətin mahiyyəti kimi mövzularda fikirlərini bölüşüb.
Məruzəçi – Almaniyanın Frayburq Universiteti Frayburq Qabaqcıl Tədqiqatlar İnstitutunun böyük elmi işçisi, Biliklərarası İnteqrasiya İnstitutunun (Gürcüstan) akademik məsələlər üzrə direktoru Elmira Axmetova “Tədqiqatlarda dünyagörüşü amilinin əhəmiyyəti” mövzusunda çıxış edib. E.Axmetova məruzəsində tədqiqat nədir; hansı formada aparılmalıdır; tədqiqatlarda elmi metodun önəmi; tədqiqatlardakı problemlər; dünyagörüşünün önəmi, milli, dini, ateist, kommunist və liberal baxışların tədqiqatlara təsiri kimi mövzulara toxunub.
Tehsil-press.az