Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Zaur Orucov Şəki Tarix və Diyarşünaslıq Muzeyində “İslam mədəniyyəti və incəsənətinin tarixdəki izləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi İslam incəsənətinin təzhib, xətt, miniatür və ebru kimi sahələrinin yaranması, tarixi inkişafı və müxtəlif növləri haqqında geniş məlumat verib. Su üzərində rəsm sənəti kimi böyük şöhrət qazanmış ebrunun tarixinin çox qədim olduğunu vurğulayan Z.Orucov ebruda istifadə olunan bütün boyaların torpaqdan əldə edildiyini, bir ebrunun yalnız bir dəfə düzəldildiyini diqqətə çatdırıb.
Məruzəçi çıxışından sonra tədbir iştirakçılarına ebru sənəti və əlyazma əsərlərin bərpası nümunələrini nümayiş etdirib.
Tehsil-press.az