Elm və təhsil naziri “Baku ID’23” tədbirində iştirak etdi

Elm və təhsil naziri “Baku ID’23” tədbirində iştirak etdi İyulun 6-da “Baku ID’23” tədbirinin açılış mərasimi keçirilib.
SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, mərkəzin icraçı direktoru Rəhim Bayramlı çıxış edərək tədbir iştirakçılarına uğurlar arzulayıblar.
Bildirilib ki, ikigünlük tədbirdə 200-dən çox xarici və yerli investor, 100-dən çox startap, 3000-dən çox qonaq və iştirakçı, 10-dan çox partnyor yer alır.
Mərasim “Elektra Events Hall”, Daş Salnamə Muzeyi və bulvarətrafı ərazilərdə festival formatında təşkil edilib. Tədbir çərçivəsində startapçıların çıxışları, investorlarla görüşlər, panel çıxışlar, müsabiqə və açıq hava konsertinin təşkili nəzərdə tutulur.
Tədbirin ilk günü sessiyalarla davam etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər