MDU-nun Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə müsahibə keçirəcək

MDU-nun Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə müsahibə keçirəcək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə müsahibə keçirəcək.
Bu barədə MDU-nun Bakı filialından məlumat verilib.
İş barədə məlumat:
• Ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq;
• Hər bir fakültədə mühazirə, seminar və praktik (laborator) məşğələlər üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərində nəzərə almaq;
• Semestr və imtahanlar üçün müvafiq auditoriyalar ayırmaq və bu barədə fakültə dekanlarına məlumat vermək.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-17:00; şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi
Namizədlərə aid tələblər:
• Təhsil: Ali
• Yaş: 21 – 50
• Proqramlar: MS Office (sərbəst işləmə bacarığı)
• Dil biliyi: Azərbaycan və rus dilinin qrammatik qaydalarını mükəmməl səviyyədə bilmək;
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu bölməsində müvafiq vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 31.07.2023-cü il tarixinədək göndərə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər